Qazaxda avtomobil ağaca çırpıldı -sürücü xəsarət aldı
    • 22-07-2019, 22:51
    • 1 056

Qazaxda avtomobil ağaca çırpıldı -sürücü xəsarət aldı

Qazax rayonunda avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, rayonun Çaylı kənd yolunda hərəkətdə olan "VAZ-21012" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Yüsif Nəbiyev müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.