
-
- 27-01-2025, 04:00
- 478
Elbrus Əbdülkərimov qəflətən öldü
Mingəçevirdə toydan qayıdan yaşlı kişi ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində baş verib. Belə ki, 1954-cü il təvəllüdlü Elbrus Əbdülkərimov gözlənilmədən yaşadığı məhəllənin həyətində keçinib.
Bildirilir ki, ölən şəxs toydan evinə qayıdıb və qəfildən yaşadığı həyətdə ürəktutmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.