Avtobus sürücüsü huşunu itirdi: - Görün nə oldu - VİDEO

Avtobus sürücüsü huşunu itirdi: - Görün nə oldu - VİDEO Hadisə

Samarada sərnişin avtobusunun sürücüsü huşunu itirib və beş minik avtomobilinə çırpılıb. 

News24.az xəbər verir ki, bu barədə “ChP Samara” Telegram kanalı məlumat yayıb.

Şahidlər hadisənin sonrakı anlarını kameraya çəkiblər. Görüntülərdə avtobusun dayanmış Renault-a çırpıldığı görünür. 

Sərnişinlər huşunu itirmiş sürücüyə kömək etməyə çalışıblar. 

Sərnişinlərin sözlərinə görə, avtobus beş avtomobilə çırpılıb. Qəza nəticəsində bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtobus sürücüsünün isə sağ olduğu dəqiqləşdirilib.


Məryəm İlhamqızı