Bu məşhur İnstitutu ləğv olundu
    • 27-01-2025, 16:55
    • 182

Bu məşhur İnstitutu ləğv olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.

News24.az modern.az-a istinadla xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyətində təsdiqlənib.

Cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab olunmayıb və onun fəaliyyətinə xitam verilib..

Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 2015-ci ildə yaradılmışdı. Onun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşova idi.