Mutu burda işləyə bilər

Mutu burda işləyə bilər İdman

"Neftçi"də uğursuz fəaliyyəti ilə yadda qalan Adrian Mutu Moldovada çalışa bilər.

News24.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis Moldova Super liqasının son pilləsində qərarlaşan "Floresti"ni çalışdıra bilər.

Moldova klubu hazırda götür-qoy işlərini tamamlamaq üzrədir. Klub rəhbərliyi uyğun büdcə ilə rumin mütəxəssisə dəvət göndərmək niyyətindədir.

Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub.

Ağa Dadaşzadə