Tarixdə belə yanvar olmayıb

Tarixdə belə yanvar olmayıb Sosial


Bu ilin yanvarı Moskvada bütün meteoroloji müşahidələr tarixində ən isti olacaq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

“RİA Novosti” yazır ki, meteoroloqun sözlərinə görə, yanvarda ilk dəfə orta aylıq temperatur müsbət olacaq. Orta aylıq temperaturun sıfır dərəcə olduğu 2020-ci ilin əvvəlki rekordu qırılıb.

Vilfand baş verənləri “tamamilə qeyri-adi fakt” adlandırıb.