Uşaqlara inək südü verilməlidir?
    • 29-01-2025, 00:09
    • 542

Uşaqlara inək südü verilməlidir?

Yaşlı nəslin nümayəndələri körpə uşağa əlavə süd və qida kimi inək südü içirməyi məsləhət görür.

Ancaq həkimlər israrla bunun yanlış olduğunu iddia edir. 

Pediatr Mətanət Əliyeva deyib ki, yeni doğulan uşaqlara yalnız ana südü verilməlidir və ya süni süd: 

“6 ayı tamam olan uşaqlara inək südü verilə bilər. Ancaq 50 ml-dən çox olmamaq şərti ilə inək südü vermək olar. Inək südünü uşaqlara verməzdən öncə onun həmin məhsula allergiyasının olub-olmadığı müəyyən edilməlidir. Əks halda, bu uşaqlarda problemə səbəb ola bilər”.\\hit.az