Azərbaycanda iki meşəbəyi öldü

Azərbaycanda iki meşəbəyi öldü Hadisə

Salyan rayonu, Şorsulu kəndində yol qəzası baş verib.

News24.az-ın APA istinadla məlumatına görə,  “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.

Onlar 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Mübaşir adlı şəxs və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədovdur.

2 nəfər yaralı isə Salyan xəstəxanasına yerləşdirilib.


Azərbaycanda iki meşəbəyi öldü