
-
- 30-01-2025, 10:51
- 207
Mikroavtobusla yük maşını TOQQUŞDU: Ölən və yaralılar var
Samara vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Mülki Müdafiə, Yanğın Təhlükəsizliyi və Fövqəladə Hallar Mərkəzindən məlumat verilib.
Hadisə Şiqonski rayonunda baş verib.
"Bizdə olan məlumata görə, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Fövqəladə xilasetmə işləri apardıq: akkumulyatoru ayırdıq. Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşlarına və tibb işçilərinə köməklik göstərilib", - idarənin açıqlamasında bildirilib.
Məryəm İlhamqızı