
-
- 30-01-2025, 16:13
- 408
12 yaşlı məktəbli elektron siqaretdən ÖLDÜ
Moskva vilayətinin Voskresensk şəhərində 12 yaşlı qız, ard-arda dörd elektron siqaret çəkdikdən sonra ölüb.
News24.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Məktəblinin meyitini işdən evə qayıdan zaman anası aşkar edib. Qızın yanında 4 ədəd elektron siqaret olub.
İlkin məlumata görə, ölüm onlardan baş verib. Dəqiq səbəb məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Qızın xroniki xəstəliyi olmadığı da qeyd edilib.
Məryəm İlhamqızı