
-
- 31-01-2025, 04:48
- 439
"Dokta" cərimə olunur
"Dokta" Məhdud Məsuliyyətli Cəmiyyəti ticarət qaydaları əleyhinə olan (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə irəli sürülüb.
Həmin məcəllənin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500-700 manatadək məbləğdə, hüquqi şəxslər 1000-2000 manatadək məbləğdə cərimə edilir.
İşə 07.02.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.