
-
- 1-02-2025, 03:00
- 1 088
Faytonçu Nazimin vəziyyəti ağırdır
"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb".
Yenisabah.az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:
"Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".
K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:
"Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".