Daha bir təyyarə qəzası: - Pilot öldü
Hadisə
Avstraliyada təyyarə qəzaya uğrayıb.
News24.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, içərisində 2 nəfərin olduğu kiçik təyyarə Yeni Cənubi Uels ştatında qəza edib.
Hələlik şəxsiyyəti müəyyən edilməmiş pilotun hadisə yerində öldüyü, ağır yaralanan sərnişinin isə xəstəxanaya aparıldığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb./Bakıvaxtı.az