Sərnişin avtobusları toqquşdu - Bu ölkədə...

Sərnişin avtobusları toqquşdu - Bu ölkədə... Hadisə

Nigeriyanın Ondo əyalətində iki avtobus toqquşub. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər həyatını itirib, 49 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal edilir.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.