-
- 24-07-2019, 12:18
- 1 056
Bu yay küləkli günlərin sayı çoxalıb- SƏBƏB- ALİMDƏN AÇIQLAMA
Bu yay küləyin sürəti və intensivliyi daha çox müşahidə edilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, hazırda müşahidə edilən temperatur iqlim normasından 1-2 dərəcə çoxdur: “İstilik baxımından hazırkı temperatur iyul üçün xarakterikdir. Amma belə güclü küləyin əsməsi noyabr-dekabr ayları üçün səciyyəvidir. Adətən, noyabr-dekabr aylarında temperaturun aşağı düşməsi şərti ilə belə güclü şimal küləyi əsir. Hazırda da Bakı və Abşeron yarımadasında şimal, şimal-qərb küləyi əsir”.
M.Həsənov güclü küləyin daha çox Bakıda və Abşeron yarımadasında əsdiyini, lakin rayonlarda da hava şəraitinin sərin olduğunu vurğulayıb.
İnstitut direktorunun müavini əlavə edib ki, ümumilikdə əvvəlki yay ayları ilə müqayisədə bu yay küləyin sürətinin və intensivliyinin daha çox olması müşahidə edilir.
Qeyd edək ki, iyulun 22-dən Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Külək Binəqədidə 2 ağacı kökündən çıxarıb./trend/