İngilis qadının şok iddiası: “Ruhlarla cinsi əlaqəyə girirəm”
    • 9-08-2018, 12:33
    • 1 614

İngilis qadının şok iddiası: “Ruhlarla cinsi əlaqəyə girirəm”

30 yaşlı Ametist iddia edir ki, 11 ildir ki, ruhlarla cinsi əlaqəyə girir. O, bildirib ki, Avstraliya səfərindən sonra ruhani bir fiqurla üz-üzə gəlib və 11 il ərzində 20 fərqli ruhla cinsi əlaqədə olub.

Ametist deyib:

“Bir gün çəmənlikdə gəzirdim və təbiətdən zövq alırdım. Anidən bu inanılmaz enerjini hiss etdim. Yeni bir sevgilinin gəldiyini bilirdim. Onu görməsəm də onu hiss edə bilirdim. Kök idi, ayaqlarımı sıxdı və məni sığalladı”.
Qadın iddia edir ki, 6 ay sonra Avstraliyadakı ruh İngiltərəyə gəlib və aralarında enerji hələ də güclüdür.

Gənc qadının uzun müddət bir çox ruhla cinsi əlaqədə olduğunu etiraf etməsi və uzunmüddətli münasibət istədiyini söyləməsi aparıcıları heyrətləndirib. Ancaq Ametist deyib ki, hazırda münasibəti bir ruhla çox ciddidir və ruh bir uşaq sahibi olmaq istəyir.

10 il əvvəl həyatında sevgilisi olduğunu və onunla nişanlandığını qeyd edən Ametist ruhla cinsi əlaqəyə girdikdən sonra nişanlısının bunu anladığını və münasibətlərə nöqtə qoyduğunu etiraf edib.

// Ölkə.az