
-
- 5-02-2025, 12:25
- 178
O bazarda minlərlə məhsul pulsuzdur
"Denizli Sosialite Market" bu həftə minlərlə pulsuz məhsulu paylamağa başlayıb. Bazarda təşkil edilən kampaniyalar və sərfəli qiymətə satılan keyfiyyətli məhsullar vətəndaşların diqqətini cəlb edib.
News24.az bildirir ki, "Denizli Sosialite Market" hər həftə minlərlə ziyarətçini özünə cəlb edən, dünyaca məşhur markaları sərfəli qiymətlərlə təklif edən bir alış-veriş mərkəzinə çevrilib. Pamukkale rayonunda Fevzi Çakmak Bulvarı üzərində yerləşən bazar həm keyfiyyətli, həm də sərfəli məhsul axtaran vətəndaşların diqqətini çəkib. Geyimdən məişət əşyalarına, kosmetikadan zərgərlik məmulatlarına qədər geniş çeşiddə məhsullar təklif edən bazar hər həftə cümə axşamından bazar gününə kimi ziyarətçilərlə dolub.
Marketin İdarə Heyətinin sədri Oktay Yılmaz bildirib ki, "Denizli Sosialite Market" həftənin 4 günü ziyarətçilərə xidmət göstərir.
Zəhraxanım