“Səni sevmirəm, evimə gəlmə” deyən qaynını - YARALADI

“Səni sevmirəm, evimə gəlmə” deyən qaynını - YARALADI Hadisə

Türkiyədə Şeyhmus Başçı “səni sevmirəm, evimə gəlmə” deyən və bu səbəbdən düşmənçilik etdiyi qaynı Murat E.-nin marketinə gedib.

 maska ilə üzünü gizlədərək mağazaya daxil olan Şeyhmus Başçı qaynı Murat E.-ni tapança ilə qarnından vuraraq yaralayıb.

Murat E. təcili yardımla xəstəxanaya aparılıb və polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.

Polislər şübhəlini hadisə yerinə yaxın bir ara küçədə tutub. Başçıya sorğu-sual zamanı təhlükəsizlik kamerası görüntüləri göstərilib və “görüntülərdəki mən deyiləm” deyib. 

Edilən əməliyyatların ardından ədliyyəyə sövq edilən Başçı həbs edilib.

Günel Məlikzadə