Dubay şokoladı gətirən qadın SAXLANILDI
    • 5-02-2025, 13:49
    • 160

Dubay şokoladı gətirən qadın SAXLANILDI

Mineralnıye Vodı hava limanında gömrükçülər Dubaydan qayıdan 48 yaşlı rusiyalı qadının üzərindən bəyan edilməmiş 12 kiloqramdan çox şokolad aşkarlayıblar.

News24.az bildirir ki, Mineralnıye Vodı Gömrük İdarəsinin məlumatına görə, qadın ümumilikdə 56 ədəd konfet gətirməyə cəhd edib.

Şokolad qadın “yaşıl” dəhlizdən keçərkən aşkarlanıb. Tapıntının dəyəri 164 min rubl qiymətləndirilir.

Saxlanılan şəxs şokoladı özü, qızı, qohumları və qonşuları üçün gətirdiyini bildirib. O, qanun pozuntusundan xəbərsiz olduğunu iddia edir.

Faktla bağlı inzibati xəta işi açılıb. 

Selcan Aslan