
-
- 5-02-2025, 13:53
- 150
Türkiyədə DƏHŞƏT: Yola səpələndi
Türkiyənin Antalya şəhərində sərnişinləri olan avtobus qəzaya uğrayıb.
News24.az bildirir ki, toqquşma nəticəsində 33 nəfər yaralanıb.
Qəzaya uğrayan avtobus Giresun şəhərinə gedirmiş.
Qeyd edək ki, hadisə nəticəsində 8-i azyaşlı olmaqla 33 nəfər xəsarət alıb. İnsanlar xəstəxanaya yerləşdirilib. Dəhşətli qəza zamanı avtobusun şüşələri sınıb, yan tərəfi isə qopub. Avtomobilin hissələri isə yola səpələnib.
Zəhraxanım