Tramp: “İranı məhv edin”
    • 5-02-2025, 13:24
    • 196

Tramp: “İranı məhv edin”

İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imzalanma mərasimində İrana qarşı yeni siyasətini açıqlayıb.

News24.az xəbər verir ki, Tramp prezident kimi ilk müddətində həyata keçirdiyi “İrana maksimum təzyiq” siyasətini canlandıracaq prezident fərmanını imzalayıb.

İmzalama zamanı prosesi qiymətləndirən Tramp “bunu imzalamaqdan məmnun olmadığını” və “bundan istifadə etmək məcburiyyətində qalmayacaqlarını ümid etdiyini” bildirib.

İranın nüvə silahına sahib olmağa çox yaxın olduğunu bildirən Tramp, “İran neftinin digər ölkələrə satışını əngəlləmək haqqımızı özümüzdə saxlayırıq” deyib. 

Tramp həmçinin bildirib ki, əgər İran qisas alıb onu öldürməyə cəhd etsə, İran məhv olacaq.

Günel Məlikzadə