Bakıda oğlan sevgilisini şantaj etdi: ƏMƏLİYYAT
    • 5-02-2025, 13:35
    • 120

Bakıda oğlan sevgilisini şantaj etdi: ƏMƏLİYYAT

Bakıda gənc qız şantaj olunub.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.