
-
- 5-02-2025, 15:46
- 173
Ağdamda "Mercedes" aşdı - yaralılar var
Ağdamda "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Trend xəbər verir ki, ikisi qadın olmaqla üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.
Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.