Baş Nazir postunu TƏRK ETDİ
    • 24-07-2019, 19:26
    • 1 003

Baş Nazir postunu TƏRK ETDİ

Tereza Mey istefa ərizəsini Kraliça II Elizabetə təqdim etdikdən sonra rəsmən Böyük Britaniyanın Baş Naziri postunu tərk edib. News24.az BBC telekanalının saytına istinadla xəbər verir ki, onun vəzifəsindən ayrılması Bukingem sarayını ziyarət etdikdən və monarxla görüşdükdən sonra açıqlanıb.
Sabiq Baş Nazir özünün vida nitqlindən sonra dərhal Bukingem sarayına yollanıb və Kraliçanın qəbulunda olub. Birləşmiş Krallıqda vəzifə səlahiyyətlərinin təhvil-təslim prosesi çox qısa müddətdə həyata keçirilir. Bu dövlətdə hökumət təqribən 1 saat ərzində başçı olmadan qalır.
BBC-nin xəbərinə görə, hazırda Mühafizəkarlar partiyasının sədri Boris Conson Kraliça II Elizabetin qəbulundadır və yaxın dəqiqələrdə onun Baş Nazirliyi rəsmən elan ediləcək.