Məşhur mahnı müsabiqəsi bu il Rusiyada keçiriləcək

Məşhur mahnı müsabiqəsi bu il Rusiyada keçiriləcək Şou

Bu il “İntervision” beynəlxalq musiqi müsabiqəsi Moskvada keçiriləcək.

“News24.az” tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, müsabiqə “beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə” keçiriləcək.

Baş nazirin müavini Dmitri Çernışenko isə tədbirin təşkilat komitəsinin sədri təyin edilib.//qafqazinfo