Əməkdar artist dövlət başçısının ona ev verməsindən danışdı
    • 9-08-2018, 13:14
    • 1 250

Əməkdar artist dövlət başçısının ona ev verməsindən danışdı

Əməkdar artist Cavan Zeynallıya prezident İlham Əliyev ev verib.

"Mənim Prezidentim mənə ev bağışlayıb, təqaüd ayırıb. Artıq 6-7 ildir ki, həmin evdə yaşayıram. Mən dövlətimdən, prezidentimdən çox razıyam. Mənim sənətimi lazımı dərəcədə qiymətləndirib"

Bu sözləri  tanınmış cazmen Cavan Zeynallı bildirib. Uzun müddətdir efirlərdə görünməyən 73 yaşlı əməkdar artist səhhəti ilə də bağlı danışıb:


"Hazırda özümü yaxşı hiss edirəm. Səhhətimlə bağlı heç bir problem yoxdur. Mən sağlamam, çünki ağıllı adamam. Necə yaşmağı bilirəm".