
-
- 8-02-2025, 17:33
- 414
Tarixində növbəti dəfə...
PSJ Liqa1-in oyununda “Monako”nu darmadağın edib.
News24.az xəbər verir ki, mövsümün 21 oyununda uduzmayan Paris klubu tarixində 3-cü dəfə belə starta imza atıb.
Paytaxt təmsilçisi bunadək iki dəfə ilk 21 matçı məğlubiyyətsiz keçib. Bu, 1985/86 və 2015/16 mövsümlərində qeydə alınıb.
Qeyd edək ki, 16 qələbə və 5 heç-heçəsi olan PSJ 53 xalla çempionatın lideridir. İkinci olan “Marsel” bir oyun az keçirib və 13 xal geri qalır.\\idman.biz