
-
- 8-02-2025, 17:16
- 5 840
Azərbaycanda ƏMƏLİYYAT: Saxlanılanlar VAR
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən n**kotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
News24.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.
Onlardan 7 kiloqram ma*rixuana və 1 kiloqram 350 qram he*roin aşkar olunub.
Saxlanılan şəxslər n**kotiklərin satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.