Müəllimlərin vakansiya seçim mərhələsi bu tarixdə açıqlanacaq
    • 25-07-2019, 12:33
    • 620

Müəllimlərin vakansiya seçim mərhələsi bu tarixdə açıqlanacaq

Bu il müəllimlər üçün vakant iş yerlərinin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd edilib ki, 7 avqust tarixində müsabiqənin vakansiya seçim mərhələsi açıq elan olunacaq.

Bu il müsabiqəyə ölkənin ümumtəhsil müəssisələrində ilkin olaraq təxminən 7 min vakant iş yerinin çıxarılması gözlənilir.

Teymur Məmmədov