Ovdan qayıdarkən ÖLDÜ
    • 10-02-2025, 19:20
    • 478

Ovdan qayıdarkən ÖLDÜ

Çanaqqalanın Biga rayonunda ovdan qayıdan gənc Sezgin Yeşil avtomobildən düşərkən tüfənginin işə düşməsi nəticəsində ehtiyatsızlıqdan özünü vuraraq həyatını itirib.

News24.az bildirir ki, iddiaya görə, Sezgin Yeşil dostları ilə birlikdə kənd yaxınlığında qaban ovuna çıxıb. Avtomobildən düşmək istəyərkən Yeşilin naməlum səbəbdən silahı partlayıb. 

Ağır yaralanan Yeşilin dostları vəziyyəti jandarma və sağlamlıq qruplarına xəbər verib. Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qruplarının bütün səylərinə baxmayaraq, Sezgin Yeşili xilas etmək mümkün olmayıb.

Zəhraxanım Şeydayeva