-
- 9-08-2018, 14:19
- 871
Zəlzələdə ölənlər arasında azərbaycanlılar var? - XİN-dən açıqlama
İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.
Bu barədə XİN-dən News24.az-a daxil olan məlumatda deyilir.
Qeyd edilir ki, avqustun 6-da həmin ərazidə baş verən zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.
İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.
Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.