
-
- 11-02-2025, 07:43
- 375
Nəfəs almaqda çətinlik ÇƏKDİ...
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk Vatikanda keçirdiyi ayin zamanı nəfəs almaqda çətinlik çəkdiyini bildirib.
News24.az bildirir ki, Bronxit səbəbiylə həftənin əvvəlindən bəzi qəbullarını təxirə salmaq və ya məhdud imkanlarla keçirmək məcburiyyətində qalan 88 yaşlı Papa Fransiskin məclisdə yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.
Belə ki, katoliklərin ruhani lideri köməkçisindən "Bağışlayın, nəfəs almaqda çətinlik çəkirəm" deyərək, məclis zamanı onun çıxışını oxumasını istəyib.
Zəhraxanım Şeydayeva