Fevralın 11-17-nə gözlənilən hava proqnozu
    • 10-02-2025, 16:33
    • 778

Fevralın 11-17-nə gözlənilən hava proqnozu

Meteorologiya Baş İdarəsi həftəlik hava proqnozu hesabatını paylaşıb.

News24.az bildirir ki, məlumata görə, Türkiyənin böyük bir hissəsində hava soyuq və yağışlı keçəcək.

MGM-dən verilən açıqlamada bu tarixlərdə ölkə ərazisində havanın temperaturunun mövsüm normalarından aşağı qalmağa davam edəcəyi bildirilib.

Fevralın 11-də İstanbulda sulu qar və qar yağacağı gözlənilir. 12 Fevral Çərşənbə günü qar yağışının meqapolisdə təsirli olacağı təxmin edilir.

Zəhraxanım Şeydayeva