Nazirdən bayram - HƏDİYYƏSİ

Nazirdən bayram - HƏDİYYƏSİ İqtisadiyyat

Türkiyədə iqtisadi böhran gündən-günə davam etməkdədir. 

News24.az bildirir ki, yoxsulluqdan şikayətlənən təqaüdçülər belə şəraitdə gözlərini pensiya bonuslarına dikiblər.

Verilən məlumatlara görə, pensiya mükafatlarının Ramazan bayramına qədər yenilənməsi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan təqaüdçülərin bayram mükafatı veriləcəyini açıqlayıb. Bonusların 4500-5000 lirəyə qədər artırılacağı bildirilib.

Zəhraxanım Şeydayeva