Əkizlər ana və oğlunu QAÇIRDILAR
    • 13-02-2025, 08:00
    • 284

Əkizlər ana və oğlunu QAÇIRDILAR

Tulada əkiz qardaşlar və onların dostları ana və oğlunu qaçırmaqda təqsirli bilinib.

News24.az bildirir ki, istintaqın məlumatına görə, 29 yaşlı qardaşlar və onların 33 və 39 yaşlı tanışları otel otağından bir kişini və anasını qaçırıblar.

Şübhəlilər  onlardan 18 milyon rubldan çox pul tələb edib. 

Oğurlayanlara qarşı cinayət işi açılıb. Məhkəmə təqsirləndirilən şəxsləri ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəkləri 7,5 ildən 8,5 ilədək müddətə azadlıqdan məhrum edib.
Zəhraxanım Şeydayeva