Zaqatalada ƏMƏLİYYAT: həbs edilən var - VİDEO
    • 13-02-2025, 09:29
    • 672

Zaqatalada ƏMƏLİYYAT: həbs edilən var - VİDEO

Zaqatalada n*rkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, ondan 4 kiloqrama yaxın m*rixuana və t*ryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi n*rkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.

Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.