Yəməndə avtobus bombalanıb, 39 nəfər ölüb, 51-i yaralanıb
    • 9-08-2018, 15:38
    • 846

Yəməndə avtobus bombalanıb, 39 nəfər ölüb, 51-i yaralanıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda avtobusu havadan bombardman etməsi nəticəsində əksəriyyəti uşaq olmaqla 39 nəfər ölüb, 51 nəfər yaralanıb.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb.

Yaralılar xətəxanalara yerləşdirilib.