65 yaşlı ana BÖYRƏYİNİ OĞLUNA BAĞIŞLADI
    • 26-07-2019, 11:44
    • 1 011

65 yaşlı ana BÖYRƏYİNİ OĞLUNA BAĞIŞLADI

Böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad ŞOLANın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən 37 yaşlı pasiyentə uğurla böyrək köçürülüb.

Köçürülmüş böyrək resipiyentin orqanizmi tərəfindən qəbul edilib və əməliyyatdan dərhal sonra fəaliyyət göstərməyə başlayıb.

Əməliyyatdan sonra əsas qayda əməliyyatdan sonra həkimin bütün tövsiyələrinə riayət etmək və böyrəyin orqanizm tərəfindən imtina edilməsinin qarşısını almaq üçün dərmanları qəbul etməkdir.