Dünyanı heyran qoyan cənnət məkan – bu kəndə hər bir ev ayrıca adada yerləşir- FOTO/VİDEO
    • 4-07-2018, 11:45
    • 3 451

Dünyanı heyran qoyan cənnət məkan – bu kəndə hər bir ev ayrıca adada yerləşir- FOTO/VİDEO

News24 xəbər verir ki, Niderlandda yerləşən Hitxorn kəndi öz gözəlliyi ilə insanları heyran qoyur. Bu kənd dünyanın ən sakit və rahat məkanı hesab olunur. 

2,500 nəfər sakini olan kəndin özəlliyi ondan ibarətdir ki, burda hər bir ev ayrıcaadada yerləşir. Hitxornu görənlər onuNiderland Venesiyası adlandırırlar. Kənddə yol yoxdur, insanlar qayıq və katerlər vasitəsi ilə hərəkət edirlər. Deyilənə görə, Hitxorn öncələr ən adi bir kənd olub. Bəs bu kənd necə olub ki, belə hala qalıb? 

Kəndin ərazisində bolluca torf yataqları varmış. Hər kəs öz evinin ətrafında olan torfu qazaraq istifadə etməyə başlayıb. Sonra  qazılan quyular su ilə dolub və göllər yaranmağa başlayıb. Bir qədər sonra bu göllər öz aralarında birləşməyə başlayılb, hər bir evin  yerləşdiyi həyət ayrıca ada şəkli almağa başlayıb.

İlhamə Rəsulova