Qadın metroda uşaq dünyaya gətirdi
    • 15-02-2025, 03:55
    • 594

Qadın metroda uşaq dünyaya gətirdi

Nyu-York ştatının Manhetten metrosunda maraqlı bir doğum hadisəsi baş verib.

News24.az bildirir ki, sosial şəbəkələrdə paylaşılan videolarda bir neçə sərnişinin qatar vaqonunun döşəməsində qadına körpəni dünyaya gətirməsinə kömək etdiyi əks olunub. 

Nyu-York şəhərinin tranzitinin prezidenti Demetrius Kriklou bu hadisə ilə bağlı açıqlamasında bu hadisənin  Nyu-Yorkluların bir-birlərinə kömək etmək üçün bir araya gəlməsinin sübutu olduğunu deyib.

Zəhraxanım Şeydayeva