
-
- 15-02-2025, 08:35
- 370
Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Altay Respublikasında 5,7 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.