Bu şəhərdə zəlzələ baş verdi
    • 15-02-2025, 11:38
    • 285

Bu şəhərdə zəlzələ baş verdi

ABŞ-nin Texas ştatının qərb hissəsində 5,0 maqnitudalı zəlzələ baş verib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 118 min nəfərin yaşadığı Odessa şəhərindən 168 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.