Süni intellekt cavab verir: - Nə vaxt öləcəksən?

Süni intellekt cavab verir: - Nə vaxt öləcəksən? Maraqlı

İnsanlara öləcəkləri dəqiq tarixi verməyi iddia edən yeni süni intellekt ortaya çıxıb. 

News24.az bildirir ki, death Clock adlı pulsuz vebsayt sizin yaşınızı, çəkinizi və həyata baxışınızı təhlil etmək və nə qədər yaşayacağınızı proqnozlaşdırmaq üçün süni intellektdən istifadə edir. İstifadəçilərdən həmçinin içki, siqaret, qidalanma və idman kimi həyat tərzi vərdişləri haqqında məlumat daxil etmələri xahiş olunur.

Süni intellektə ölüm taymer tətbiqi yerləşdirilib ki, bu da ölüm səbəbinizi saniyəyə qədər təxmin edə biləcəyini iddia edir.