
-
- 16-02-2025, 15:36
- 508
Saxta serum ilə dilənən qadın TUTULDU
Sultanqazidə marketin ətrafında körpəsini uşaq arabasında itələyərək xərçəng xəstəliyinə tutulduğunu deyərək insanlardan pul istəyən qadın polislər tərəfindən saxlanıb.
News24.az bildirir ki, vəziyyəti anlayan polis qrupları qadını saxlayıb və uşaq arabasına baxış keçirib. Uşaq arabasında olan uşağın yanından saxta su şlanqı aşkar edən polis qrupları ətrafdakı vətəndaşlara pul verməmələri barədə xəbərdarlıq edərək qadın barəsində inzibati işlərə başlayıb.
Qeyd edək ki, polisin xəbərdarlığına baxmayaraq, bazarda bəzi vətəndaşların “Bu gün müqəddəs gündür” deyərək qadına pul verməyə davam etdikləri görülüb.
Zəhraxanım Şeydayeva