Texnologiyanın yeni təhlükəsi - süni intellekt sevgilisi
Gündəm
Mütəxəssislər Türkiyədə süni intellektli tanışlıq proqramlarından istifadənin artdığını söyləyiblər.
News24.az bildirir ki, İstifadəçilər emosional bağ yaratmaq məqsədi ilə modelləşdirilən " süni intellekt sevgilisi " tətbiqlərində yaratdıqları avatarların saç və göz rəngini, boyu, çəkisi, geyim tərzini və hətta səs tonunu fərdiləşdirirlər. Vizual xüsusiyyətlərlə yanaşı, avatarların maraqları, hobbiləri, dünyagörüşləri və yumor hissi də onlar tərəfindən müəyyən edilir.
Onlar məlumat məxfiliyinin pozulması və emosional asılılıq kimi risklərə qarşı xəbərdarlıq ediblər.
Zəhraxanım Şeydayeva