Ən uzun evlilik üzrə - dünya rekordu

Ən uzun evlilik üzrə - dünya rekordu Gündəm

Braziliyalı cütlük 84 illik evlilikdən sonra Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az bildirir ki, onların 84 il 77 gün davam edən nikahları Sevgililər Günündə yüzilliklərin tədqiqi üzrə ixtisaslaşmış LongeviQuest təşkilatının köməyi ilə təsdiqlənib.

Qeyd edək ki, cütlük birgə ömür sürdükləri illər ərzində 13 övlad böyütməklə yanaşı, 55 nəvə, 54 nəticə və 12 kötücəyə də baba və nənə olublar.

Zəhraxanım Şeydayeva