"Zəngəzur dəhlizi" ilə bağlı - YENİ XƏBƏR - 80 faizdən çoxu TAMAMLANIB
Siyasət
“Azərbaycan Zəngəzur dəhlizinin öz hissəsinin tikintisini başa çatdırmaq üzrədir”.
News24.az "TRT World"ə istinadən xəbər verir ki, Çindən Türkiyəyə marşrut kimi xidmət edəcək dəhlizdə avtomobil və dəmir yollarının tikintisinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Lakin Ermənistan layihənin həyata keçirilməsi üçün heç bir addım atmır və Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ marşrutlar üzərində işləyir.
Nəşr vurğulayır ki, bəzi hissələri dörd, digərləri altı zolaqlı olan yolda 58 yeraltı keçid, 27 körpü və üç tunel var.
Mənbə onu da bildirib ki, Türk şirkətləri xəttin tikintisində fəal iştirak edir:
"Türkiyə və Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi də var. Layihənin icrasına bu il başlanacaq. Bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi olacaq”.
Azərbaycan İran hökuməti ilə ölkəni İran vasitəsilə Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının tikintisi ilə bağlı razılıq əldə edib. İki ölkə arasında imzalanmış müqavilələrə əsasən, Araz çayı üzərində həm avtomobil, həm də dəmir yolu üçün körpülər tikiləcək.
Qeyd edək ki, erməni işğalı zamanı döşənmiş minalar və çətin relyef şəraiti səbəbindən xəttin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir.
Qumral