İşğal altındakı Şuşada beş erməni öldü
    • 26-07-2019, 22:41
    • 832

İşğal altındakı Şuşada beş erməni öldü

İşğal altında olan Qarabağ torpaqlarında baş vermiş qəzada beş erməni ölüb.
News24.az “Sputnik”-ə istinadən xəbər verir ki, hadisə Şuşa şəhəri yaxınlığında olub.
Ermənistanın Syünik rayonundan gələn və Şuşaya gedən “QAZ 31105” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində beş nəfər - sürücü və maşında olan dörd sərnişin yerindəcə keçinib.
Avtomobil Syünikin Tex kənd sakini, 27 yaşlı, kimliyi məlum olmayan şəxsə məxsusdur.