Tarixi sammit: - Ukraynanın gələcəyi həll ediləcək

Tarixi sammit: - Ukraynanın gələcəyi həll ediləcək Dünya

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad bu gün tarixi sammitə ev sahibliyi edir.

News24.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibənin gedişatını müzakirə etmək üçün masa arxasına oturacaqlar.

Ötən gün İsrailə gedən Rubio bu gün Səudiyyə Ərəbistanındakı rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri və Ukraynadakı müharibəni müzakirə edəcək.

Danışıqlardan kənarda qalan Avropa liderləri bu görüşə reaksiya olaraq dünən Parisdə bir araya gələrək Rusiya-Ukrayna müharibəsində mümkün sülhlə bağlı fikirlərini bölüşüblər.


Günel Məlikzadə