
-
- 18-02-2025, 11:30
- 243
Məşhur aktrisaların olduğu təyyarəni ildırım vurdu - FOTO
Türkiyəli aktrisalar Devrim Özkan və Bige Önal “Her şey yolunda” filminin çəkilişləri üçün İstanbuldan Bodruma gediblər.
News24.az xəbər verir ki, səfər zamanı təyyarəni ildırım vurduğu üçün havada qorxulu anlar yaşayan sənətçilər göz yaşlarını saxlaya bilməyib.
Sözügedən hadisə ilə əlaqədar çəkilişlər iki gün dayandırılıb. İldırım vuran təyyarə Sabiha Gökçen hava limanına dönərək sağ-salamat eniş edib.
Qeyd edək ki, baş rollarda Bige Önal və Devrim Özkanın oynadığı "Her şey yolunda" filmi bank soyğunundan və ondan sonra baş verən hadisələrdən bəhs edir. Bank işçisi Leyla obrazını Devrim Özkan, Türkan obrazını Bige Önal canlandırır. Filmin prodüseri və ssenari müəllifi Ahmet Kapucudur.
Aynurə
